en
Gratis
Kate Chopin

The Awakening and Selected Short Stories

  • CLspmembagikan kesan5 tahun yang lalu
    👍Layak dibaca
    💡Banyak pelajaran

    3/5 ⭐

  • Aybəniz Həsənovamembagikan kesan8 tahun yang lalu

    Ölmədən öncə oxumalı olduğunuz 1001 kitab siyahısından...

    Kate Chopin'in 1899-cu ildə yazdığı bu roman hardasa 100 il əvvəlin cəmiyyətindəki dəyərləri, cəmiyyətin qadına baxış açısını göstərsə də romanın sorguladığı məsələlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Chopin'in qələminə heyran qalmamaq mümkün deyil, romanında ələ aldığı mövzu ilə bir çox feminist yazarı geridə buraxır.

    Bu gün qadına münasibət necədirsə 100 il əvvəl də beləydi. Cəmiyyətin qadına istər xoşluqla, istərsə də zorla geyindirdiyi bir maska, bir qəlib var. Qadın yalnız uşaq dünyaya gətirməli, həyat yoldaşına qulluq edib evini (təsərrüfat işlərrini) idarə etməli, bəzən də qohumları və rəfiqələri ilə görüşüb nə qədər "xoşbəxt" olduğunu onlara göstərməlidir. Qadının başqa nə arzusu ola bilər ki? Məsələn, qadın niyə təhsil almağı, işləməyi, karyera qurmağı, öz ayaqları üzərində durmağı arzulasın ki? Cəmiyyətin əsasən də əks cinsin gözündə ideal qadın həyat yoldaşına sitayiş edən, uşaqlarını ilahiləşdirən öz fərdi kimliyini bir kənara tullayıb ömür boyu həyat yoldaşının köməkçi qanadları rolunu oynayıb ikinci dərəcəli bir varlıq kimi yaşamağı seçən qadınlardır. Öz mənliyi, qüruru, prinsipləri olan qadın cəmiyyət tərəfindən anlaşılmır. Kate Chopin romanında Edna obrazı ilə öz kimliyini axtaran, fərd olmaq istəyən bir qadının oyanışını və bu oyanışın tragik hekayəsini qələmə alıb. Edna rəfiqəsi ilə söhbətində ona deyir ki, uşaqlarım üçün malımı, canımı qurban verərəm amma mənliyimi əsla. Məncə bu sözlər onu ifadə etmək üçün kifayətdir.
    İki uşaqlı bir ana olan Edna birdən- birə öz həyatını sorgulamağa başlayır-Ednanın oyanışı da burdan başlayır. Oxucu bu prosesdə fərd olmaq istəyən, öz ayaqları üzərində durmağa çalışan qadınların üzləşdiyi problemləri, hətta tək qalmaq, sevdiyi bir işlə məşğul olmaq istəyən qadının bunun üçün vaxtı olmadığını, özünə vaxt ayıra bilmədiyini görür.

    Ədəbiyyatda həyat yoldaşını tərk edib başqası ilə gedən qadınlar az deyil. Amma Edna Pontineller nə bir Anna Kareninadır, nə də Emma Bovari. Edna başqa bir ilə eyni həyatı yaşamaq üçün ailəsini tərk etmir. Bədəninə və ruhuna sahib olmaq üçün tərk edir. Amma bu tamamilə başqa bir tərkedişdir. Daha acı, daha təsirli...

    Oxuyun məncə, istənilən qadının özündən nəsə tapacağı bir romandır.

  • b3997480304membagikan kesan7 tahun yang lalu
    👎Tidak Disarankan
    💩Omong kosong
    💤Bosaan!

fb2epub
Seret dan letakkan file Anda (maksimal 5 sekaligus)