Parisi həqiqətən də sevirdi. Onu doğulub boya-başa çatdığı dəniz sahilində yerləşən öz doğma şəhəri kimi yaxşı tanıdığını sanırdı. Həyatının böyük hissəsini keçirdiyi — Moskva qədər. Bir müddət ekspert kimi çalışdığı — Nyu-York qədər. Paris onun üçün, sadəcə, sevdiyi bir şəhər və Fransanın paytaxtı deyildi. Onun bu şəhərə olan sevgisi miqyasına görə Heminqueyin Parisə olan sevgisinin ifadəsinə tam mənada cavab verirdi – «səndən heç ayrılmayan bayram»