bookmate game
Lasha Bugadze

Kichik Olke

Beri tahu saya ketika buku ditambahkan
Untuk membaca buku ini unggah file EPUB atau FB2 ke Bookmate. Bagaimana cara mengunggah buku?
“Kiçik ölkə” romanı, demək olar ki, həm bioqrafik, həm də bədii-sənədli romandır. Əsərin baş qəhrəmanı müəllifin özüdür. Romanda yeni sözün, yeni mövqenin cəmiyyətdə necə çətinliklə yer almasından söhbət açılır. Romanın baş qəhrəmanı gürcü cəmiyyətində əsrlər boyu tətbiq olunan, idrakın təmayülünü müəyyənləşdirən milli-mədəni ən-ənədən çıxır və mühafizəkar qüvvələrin ciddi müqavimətinə məruz qalır… Nəticədə o, yenilik uğrunda apardığı mübarizənin də əbəs olduğunun fərqinə varır, yaşadığı zaman və məkan arzu olunan gerçəkliyin ölçülərinə uyğun gəlmədiyindən hər şey parodiyaya çevrilir…
Buku ini saat ini tidak tersedia
537 halaman cetak
Pemilik hak cipta
Qanun Nəşriyyatı
Sudahkah Anda membacanya? Bagaimanakah menurut Anda?
👍👎

Kesan

  • b6040247484membagikan kesan2 tahun yang lalu
    👍Layak dibaca

    Çox xoşuma gəldi. Müəllif Gürcüstan mentalitetini və siyasi prosesləri gözəl təsvir edir. Nəzərə alsaq ki, bizim cəmiyyət də mental cəhətdən müəyyən qədər gürcülərə oxşardır, ona görə kitabın bizim üçün marağı daha da artır... Bəyəndim

  • b8832482050membagikan kesan3 tahun yang lalu
    👍Layak dibaca
    🔮Kearifan Tersembunyi
    🎯Bermanfaat
    🚀Sangat menarik
    😄Lucu

Kutipan

  • b5100845609membuat kutipan3 tahun yang lalu
    Rusiya – bu ad dillər əzbəridir. “Rusiya adından Qorbaçov öldürür!” – bu kəlmə Gürcüstanda təbii fəlakət sinoniminə çevrilib. Rusiya və Qorbaçov təhlükə deməkdir, – babam gizlin və ya aşkar, gözlənilməz və ya gözlənilən, kiçik və ya böyük faciənin səbəbini tapmaq istəyəndə, həmişə həmin kəlməni işlətdiyindən, elə bil bu kəlmə qulaqlarımıza yağır salmışdı. Qorbaçovun planı, rus barmağı, rus izi – bu kəlmələr də dillərdən düşməzdi. Rusiya və Qorbaçov Gürcüstanın uğursuzluğunun birbaşa və dolayı səbəbkarıdır; Rusiya incik və qəzəbli analıqdır; Rusiyada süni zəlzələlər törədəcək seysmik stansiyalar var; rus əsgərinin mənəvi meyarı yoxdur – o zorlayır, öldürür və qarət edir; Qorbaçov qatildir.
  • b8521288055membuat kutipan3 tahun yang lalu
    yaşadığı zaman və məkan arzu olunan gerçəkliyin ölçülərinə uyğun gəlmədiyindən hər şey parodiyaya çevrilir...
  • b5100845609membuat kutipan3 tahun yang lalu
    “Bu Şevardnadzedir, bala”, dedi nənəm və yolu, Şevardnadze ilə görüşdən sonra üzünə qonan təbəssümlə davam etdi. Əslində, guya nənəmin də ondan xoşu gəlmirdi. Şevardnadzenin aşpazı Liana Ğlonti bizim qonşumuz idi. “Az, onun yeməyinə bir şey qatsana,” – hamı ona yarızarafat, yarıciddi məsləhət görürdü. “Məsələ bundadır ki, onun üçün bişirdiyim təamları əvvəlcə mənim özümə yedirdirlər, yalnız bundan sonra həmin yeməklər onun stoluna gedir”, –

Di rak buku

fb2epub
Seret dan letakkan file Anda (maksimal 5 sekaligus)