az
Aqata Kristi

Erkülün qoçaqlıqları

Beri tahu saya ketika buku ditambahkan
Untuk membaca buku ini unggah file EPUB atau FB2 ke Bookmate. Bagaimana cara mengunggah buku?
  • b7382101888membuat kutipan2 tahun yang lalu
    THE LABOURS

    OF HERCULES

    Erkülün qoçaqlıqları Aqata Kristinin 1947-ci ildə yazdığı və Erkül Puaronun qoçaqlıqlarına həsr edilmiş novellalar məcmusudur. Novellalardan hər birinin süjeti Heraklın qoçaqlıqları haqqında miflərdən birinə paralel surətdə qurulmuşdur. Balacaboylu, eşmə bığlı belçikalı xəfiyyə xarici görünüşcə əfsanəvi nəhəngə – Herakla bənzəməsə də onun qədər çətinlik­lərin öhdəsindən gəlməyə nail olur.
  • Mk Babayevamembuat kutipan3 tahun yang lalu
    Kaş ağıl və bacarıqlılıq dillərə də yapışdırılaydı, insanlar hər zaman dillərindən ağılla faydalanmırlar.
  • Rəsul Yaqubov Rəsul Yaqubovmembuat kutipan4 tahun yang lalu
    general, öd axmasından əziyyət çəkən komik personaj istefaya çıxandan sonra peşə yoldaşlarının, özü kimi istefaya çıxmış hərbçilərin arasında qərar tutmur və bu məkanı seçir. Burada Londondan gəlmiş varlı adamlar yaşayır, əla satış bazarları var. Bundan başqa, dörd gözəl, cavan qızdan kim şübhələnə bilərdi ki? Nə isə aşkar olsa belə, onları, olsa-olsa, günahsız qurban hesab edəcəklər, buna şəkk-şübhə etməyin!

    – Bəs bu qoca kaftarın yanına niyə getmişdiniz? Qorxutmaq istəyirdiniz?

    – Yox, nə baş verəcəyini bilmək istəyirdim. Çox gözləməli olmadım. Qızlara dəqiq tapşırıqlar verilmişdi. Qapazaltı roluna, əslində, qurbanlardan biri olan Entoni Hoker təyin edilmişdi. Şila mənə suqabı barədə məlumat verməli idi, ancaq o heç vəchlə özünü buna məcbur edə bilmirdi. Bununla belə, o biri qız ona təzyiq göstərəndə Şila ona lazım olan sözü dedi.

    Maykl Stoddart ayağa qalxıb otaqda var-gəl etməyə başladı.

    – Bilirsiniz, – o dedi, – bu qızı yaddan çıxarmamağı qərara almışam. Keçid dövründə cinayətə meyilliliyə aid bir nəzəriyyə üzərində işləyirəm. Belə yeniyetmələrin ailələri, demək olar, çox vaxt xoşbəxt olmurlar.

    – Əzizim, – Puaro onun sözünü yarıda kəsdi, – sizin elmi fəaliyyətinizə dərin hörmət bəsləyirəm. Həmçinin Şila ilə əlaqədar hadisədə sizin nəzəriyyələrinizin tamamilə təsdiq ediləcəyinə də şübhəm yoxdur.

    – Bəs başqa oxşar hallarda necə?

    – Niyə də yox? Amma körpə Şila barədə tamamilə əminəm. Siz onu ram edəcəksiniz, buna şübhə ola bilməz! Bu qız onsuz da sizin ovcunuzdadır...

    – Nə cəfəngiyyatdır danışırsınız, Puaro? – Maykl Stoddart qızarıb lalə rəngi aldı
  • Zaur MMmembuat kutipan4 tahun yang lalu
    – Madam, sizi harada tapa bilərəm?

    Haradansa dərinlikdən zəif eşidilən bir səs gəldi. Nə qədər gözlənilməz olsa da həmin an bu səs ona sanki yerinə düşmüş kimi göründü:

    – Cəhənnəmdə...
fb2epub
Seret dan letakkan file Anda (maksimal 5 sekaligus)