bookmate game
Mixail Bulqakov

Master və Marqarita

Beri tahu saya ketika buku ditambahkan
Untuk membaca buku ini unggah file EPUB atau FB2 ke Bookmate. Bagaimana cara mengunggah buku?
  • Rüzgar Mövsümmembuat kutipan9 tahun yang lalu
    – Ancaq məni belə bir məsələ narahat edir: əgər Allah yoxdursa, sual olunur, insan həyatını və ümumiyyətlə, dünyanın qaydalarını kim nizamlayır?
    – Elə insan özü nizamlayır, – boynumuza alaq ki, çox da aydın olmayan bu suala Bezdomnı acıqlı cavab verməyə tələsdi.
    – Bağışlayın, – naməlum şəxs mülayimcəsinə cavab verdi, – idarə etmək üçün gərək, heç olmasa, müəyyən bir müddətə dəqiq planın ola. İcazənizlə soruşum, insan necə idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün, deyək, min il üçün plan qurmaq imkanına ­malik olmadığı bir yana, hətta öz sabahkı gününə belə cavabdeh deyil? Həqiqətən də, – bu yerdə əcnəbi Berlioza tərəf döndü, – təsəvvür edin, misal üçün, siz başlayırsınız özünüzü, başqalarını idarə etməyə, əmrlər verməyə, necə deyərlər, get-gedə işə alışırsınız və birdən sizdə... öhö... öhö... ağciyər sarkoması peyda olur... – bu yerdə əcnəbi şirin-şirin gülümsədi, sanki, ağciyər sarkoması haqqındakı fikir ona ləzzət verdi, – bəli, sarkoma, – pişik kimi gözlərini qıyıb təkrar etdi, – və budur, sizin idarə etməyiniz sona çatdı! Öz həyatınızdan savayı daha sizi heç nə maraqlandırmır. Qohumlarınız başlayır sizə yalan söyləməyə, siz narahatlıq hiss edib bilikli həkimlərin, sonra şarlatanların, olur ki, falçıların üstünə qaçırsınız. Birinci və ikinci kimi, üçüncü də tamamilə mənasızdır, özünüz başa düşürsünüz. Və bütün bunlar faciə ilə bitir: bir az əvvəl nəyi isə idarə etdiyini güman edən şəxs qəfil taxta qutuda ­hərəkətsiz uzanası olur və yaxınları anlayanda ki bu uzanandan daha heç bir xeyir yoxdur, onu sobada yandırırlar
  • Rüzgar Mövsümmembuat kutipan9 tahun yang lalu
    Boğuq xəstə səs dedi:
    – Adın?
    – Mənim? – məhbus tezcə dilləndi, bütün varlığı ilə göstərməyə çalışdı ki, onu bir daha qəzəbləndirməmək üçün ağıllı-başlı cavab verməyə hazırdır.
    Prokurator astadan dedi:
    – Mənim adım mənə məlumdur. Özünü olduğundan da gic göstərməyə çalışma. Adın?
    – İeşua, – məhbus tələsik dilləndi.
    – Ayaman var?
    – Qa-Nosri.
    – Əslin haradandır?
    – Qamala şəhərindən, – məhbus başıyla göstərdi ki, orada, uzaqlarda, ondan sağ tərəfdə, şimalda Qamala şəhəri var.
    – Damarında hansı qan axır?
    – Dəqiq bilmirəm, – məhbus tez cavab verdi, – valideynlərimi xatırlamıram. Mənə deyiblər ki, atam suriyalı olub...
    – Daimi yaşayış yerin var?
    – Daimi yaşayış yerim yoxdur, – məhbus sıxılaraq dedi, – şəhər-şəhər gəzirəm.
    – Bunu bir sözlə də ifadə etmək olar – avara, – prokurator sözünə davam elədi: – Doğmaların var?
    – Heç kimim yoxdur. Dünyada təkəm.
    – Savadın var?
    – Bəli.
    – Arami dilindən başqa dil bilirsən?
    – Bilirəm. Yunan dilini.
    Şişmiş göz qapağı qalxdı, əzabdan dumanlanmış göz məhbusa dikildi. Bir gözü açılmamışdı.
    Pilat yunan dilində danışdı:
    – Demək, sən məbədi uçurmaq istəyirdin, xalqı da buna çağırırdın?
    Bu yerdə məhbus yenə dirçəldi, gözlərindən qorxu çəkildi və o, yunan dilində dedi:
    – Mən, xey... – az qala, çaşdığına görə məhbusun gözlərində qorxu yanıb-söndü, – igemon, mən heç vaxt məbəd uçurmaq fikrində olmamışam, heç kimi də bu mənasız hərəkətə təhrik etməmişəm.
    Alçaq masanın üstünə əyilib, məhbusun verdiyi ifadəni yazan katibin sifətindən təəccüb oxundu. O, başını qaldırıb, dərhal da perqamentə sarı əydi.
    – Bayramlarda bu şəhərə cürbəcür adamlar gəlir. Onların arasında sehrbazlar, münəccimlər, falçılar, qatillər olur, – prokurator yeknəsəq səslə dedi, – ancaq yalançılar da olur. Məsələn, sən yalançısan. Aydınca yazılıb: məbədi uçurmağa təhrik edirdi. Adamlar belə şahidlik edir.
    – İgemon, bu xeyirxah adamlar, – məhbus tez-tez danışmağa başladı, – heç nə öyrənməyiblər və dediklərimin hamısını dolaşıq salıblar. Mən, ümumiyyətlə, bu dolaşıqlığın hələ çox uzun zaman davam edəcəyindən qorxuram. Hamısı da ona görədir ki, mənim dediklərimi o, düzgün yazmır
  • Mir Alimembuat kutipan9 tahun yang lalu
    Neyləmək olar, sevən sevdiyinin qismətini bölüşməlidir.
  • Mir Alimembuat kutipan9 tahun yang lalu
    «... ən böyük qüsur... qorxaqlıqdır».
  • Mir Alimembuat kutipan9 tahun yang lalu
    Bu gözlər yalan demir. Axı mən sizə dönə-dönə demişəm ki, başlıca səhviniz insan gözünün əhəmiyyətini qiymətləndirməməyinizdir. Başa düşün, dil həqiqəti gizlədə bilər, göz isə – heç vaxt! Sizə qəfil sual verirlər, sizin tükünüz də tərpənmir, bir anın içində özünüzü ələ alıb bilirsiniz ki, həqiqəti gizlətmək üçün nə demək lazımdır və çox inamla onu deyirsiniz, üzünüzün bir cizgisi də tərpənmir, ancaq əfsuslar, sualın tərpətdiyi həqiqət bir anın içində ürəyinizin dərinliyindən gözünüzə sıçrayır və hər şey bitir. O sezilib, yalanınızın üstü açılıb!
  • Mir Alimembuat kutipan9 tahun yang lalu
    Qatil tində qarşına necə qəfil çıxırsa, eşq də eləcə, qəfil qarşımıza çıxıb, hər ikimizin ürəyindən vurdu!
  • Cavid İsmayılzadəmembuat kutipan4 tahun yang lalu
    Ardımca, oxucu! Kim sənə deyib ki, dünyada həqiqi, möhkəm, əbədi məhəbbət yoxdur? Yalançının murdar dili kəsilsin
  • Xuraman Memmedovamembuat kutipan5 tahun yang lalu
    ... Axı sən kimsən?

    – Mən daim pislik arzulayan və daim

    yaxşılıq edən qüdrətin bir hissəsiyəm.

    Gete, “Faust”
  • Sevamembuat kutipan4 tahun yang lalu
    dünyada pis insan yoxdur.
  • Sevamembuat kutipan4 tahun yang lalu
    Bunlar Moskvanın qısaca Massolit adlanan çox böyük ədəbi cəmiyyətlərindən birinin sədri və qalın bədii jurnalın redaktoru Mixail Aleksandroviç Berlioz, bir də onun Bezdomnı ləqəbi ilə yazıb-yaradan gənc yoldaşı şair İvan Nikolayeviç Ponıryov idi.
fb2epub
Seret dan letakkan file Anda (maksimal 5 sekaligus)