Mənim fikrim isə belədir: edə biləcəyiniz ən yaxşı gediş öz-özünüzlə münasibətlərinizin üzərində işləməkdir.
Ninimembuat kutipan5 tahun yang lalu
Sənin həyatın bir xəzinədir və sən dərk etdiyindən daha dəyərlisən”.
Afaq Huseynovamembuat kutipan8 tahun yang lalu
Cozef Kempbell bu haqda belə yazırdı: “Harada ayağınız büdrədisə, deməli, sizin xəzinəniz orada yatır”.
Ninimembuat kutipan5 tahun yang lalu
Qayda № 3: Hər zaman diqqətinizdə saxlayın ki, biz ən çox yaşadığımız ən böyük əzab-əziyyətlər sayəsində ucalırıq. Biz bu əzab-əziyyətlərdən keçdiyimizdə ağrı-acı hiss edirik. Lakin biz bu əzabları yaşayaraq onların içindən keçdikcə həm də şəfa tapırıq. Su kuzəsi yerə düşərək sındıqda onun içində gizlənmiş şey bayıra axaraq özünü büruzə verməyə başlayır.
Ninimembuat kutipan5 tahun yang lalu
Deməli, belə çıxır ki, heç kimin həyatı keşməkeşsiz və qəm-kədərsiz keçmir, çünki bu hadisələr bizə ibrət dərsi vermək üçün başımıza gəlir və nə qədər təkamül etmiş olmamızdan asılı olmayaraq, hər birimizin öyrənməli olduğumuz dərslər var, hə?
Ninimembuat kutipan5 tahun yang lalu
Həyat sənin məntiqinə qulaq asmır; sakitcə öz yoluna davam edir.
Həyata sən qulaq verməlisən; həyat sənin məntiqinə qulaq asmayacaq, sənin məntiqin onun vecinə deyil.
Oşo
Afaq Huseynovamembuat kutipan7 tahun yang lalu
Sadəcə, təsəvvür edin ki, həyatın məqsədi yalnız sizin xoşbəxt olmanızdır – onda həyat qəddar və mənasız bir şeyə çevrilərdi. Siz insanlığın müdrikliyini qəbul etməlisiniz. Sizin ağlınız və ürəyiniz sizə deyəcək ki, həyatın mənası sizi bu dünyaya göndərmiş qüvvəyə xidmət etməkdədir. Onda həyat sevincə çevrilir. Lev Tolstoy
Afaq Huseynovamembuat kutipan7 tahun yang lalu
Mahatma Qandinin öz millətini azadlığa çıxarmaq arzusu öz qorxularının əsirinə çevrilməkdən imtina etmiş bir inqilabçının xəyalları idi. Tereza Ananın Kəlküttəni aclığın girdabından xilas etmək niyyəti ona bunu etməyin mümkün olmadığını və hətta bunu etməyin lazım olmadığını ona deyən skeptiklərin qışqırıqlarına qulaq asmağı rədd etmiş bir inqilabçının əqidəsi idi. Corc Bernard Şou çox gözəl deyib: “Ağıllı insan özünü ətraf aləmə uyğunlaşdırır, düşüncəsiz insan isə ətraf aləmi özünə uyğunlaşdırmağa çalışır. Ona görə də bütün proqres düşüncəsiz
Afaq Huseynovamembuat kutipan7 tahun yang lalu
Həyat sənin məntiqinə qulaq asmır; sakitcə öz yoluna davam edir. Həyata sən qulaq verməlisən; həyat sənin məntiqinə qulaq asmayacaq, sənin məntiqin onun vecinə deyil. Oşo
Afaq Huseynovamembuat kutipan7 tahun yang lalu
Sizin yaralarınız sizin müdrikliyinizə çevrilməlidir”