bookmate game
az
Ahmet Hamdi Tapınar

Beş şəhər

Beri tahu saya ketika buku ditambahkan
Untuk membaca buku ini unggah file EPUB atau FB2 ke Bookmate. Bagaimana cara mengunggah buku?
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    Qanuninin taxta çıxdığı illərdə isə İstanbul camesi, karvansarası, hamamı, mədrəsəsi, böyük sarayı, övliya türbələri və çeşmələriylə bütöv bir türk şəhəriydi.
    Yalnız bizə məxsus olan bu mənzərə indi düha ilə tamamlanmalı, bu baş verənlər güclü partlayış səviyyəsinə çatdırılmalı idi.
    Elə Sinan da bu vəzifəni yerinə yetirir.
  • M.Vəlizadəmembuat kutipan4 tahun yang lalu
    Keçmiş daim mövcuddur. Özümüz kimi yaşamaq üçün onunla hər an hesablaşmağa və dil tapmağa məcburuq.
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    Keçmiş ustalarımızın əsl uğuru təbiətlə bu işbirliyini təmin etmələrindədir. Çox az memarlıqda daş texnikası rolunu, formalar sabit xüsusiyyətlərini İstanbul cameləri qədər unudur, çox az memarlıq özünü işıq oyunlarına İstanbul memarlığında olduğu qədər həzlə, onun tərəfindən hər an yenidən yaradılmaq üçün təslim edir.
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    Bu gözəlliklərdə mənzərənin özündən sonra, yaxud onunla birgə ən böyük pay, şübhəsiz, memarlığıdır. Bu dalbadal xəyal mövsümləri həmişə onun ağ çiçəyi ətrafında, bu səssiz orkestrin nəğmələrini bir az da dərinləşdirmək, daha rəngarəng, daha səmimi etmək üçün açır
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    İstanbulu Roma, Afina, İsfahan, Qrenada və Brügge kimi şəhərlərə oxşadanlar haqlıdırlar. Hətta İstanbulun onlardan bir az üstün cəhəti də var. Çünki İstanbul yalnız abidə və abidəsayaq əsərlərin bol olduğu şəhər deyil. Şəhərin təbiəti həmin əsərlərin görünməsinə ayrıca yardım edir. İstanbul hər bəzəyin, hər parçanın ona yaraşdığı, ayrı-ayrı xüsusiyyətlərini açdığı o cömərd təbiətli gözəllərə oxşayır. Yeddi təpə, iki, hətta Xaliclə üç dəniz, xeyli perspektiv imkanı və nəhayət, daim fırtınayla qasırğa arasında qalmasından gələn xeyli işıq oyunu bu əsərləri hər an bir-birindən daha fərqli, daha müxtəlif formalarda qarşımıza çıxardır.
    Yuxarıda ayrı-ayrı
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    Özünü bircə memarlıq üslubunun ixtiyarına bu qədər vermiş şəhər çox azdır
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    İstanbulda ta fəth günlərindən bəri başlayan memarlıq nəsillərlə bərabər yaşayır. Əsl türk İstanbulu bu memarlıqda axtarılmalıdır.
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    Hamısı da zaman zirzəmisində bir növ cüzama tutulmuş kimi zavallı və halsız idi. Uzaqdan mənə elə baxırdılar, sanki deyirdilər: “Hə, bax beləyik, yuxudan geridə qalmağın axırı budur...”
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    Keçmiş İstanbul bayramları tamam başqa cür idi. Bayram səhəri günəş belə başqa cür, az qala ilahicəsinə doğurdu. Çünki əvvəlki həyatımızda təqvim səmavi bir şey idi. Şəhər hələ bir neçə gün əvvəlcədən bayrama hazırlaşırdı
  • Misir Məmmədlimembuat kutipan8 tahun yang lalu
    əlavə edir. Kinonun zövqümüzü kənardan idarə etdiyi dövrdə yaşayırıq. Qaranlıqda toplaşırıq. Honoluluda, aylı gecədə gözəl çamaşıryuyanın qızına həddən artıq ağıllı, cürətli və fədakar dəmir kralı oğlunun söylədiyi gitaralı nəğmələri, ertəsi səhər Boğaz kənarlarında dükançı şəyirdlərinin fitində dinləyəcəyimiz gülünc ulartıları dinləyir, qadının tualetinə, kişinin ədabazlığına, xülasə, xeyli axmaqlığa heyran oluruq.
fb2epub
Seret dan letakkan file Anda (maksimal 5 sekaligus)