Memmed Said Ordubadi

  • Akram Alishovmembuat kutipan2 tahun yang lalu
    Xalqın borcunu verməyənlər Allahın borcunu verməyə hazırlaşırdılar.
  • Akram Alishovmembuat kutipan2 tahun yang lalu
    Lakin təşkilata bağlı olmayan hər bir üsyan bir məğlubiyyətin başlanğıcıdır.
  • Akram Alishovmembuat kutipan2 tahun yang lalu
    bir ata öz qızı ilə evlənmir, qız gec-tez birisinin qucağına düşməlidir. İstər sən özün ver, istərsə özü getsin, bunda heç bir fərq yoxdur. Bir ölkənin müqəddəratı bir nəfərin, beş nəfərin namussuzluğu ilə də hesablaşmaz. Əmir bilməlidir ki, bu cür namuslu olmaqda namussuzluğun da iştirakı vardır. Məğlubiyyətin və bir ölkəni uduzmağın həqarəti bir qızı uduzmağın həqarətindən min qat ağırdır. Mən siyasi adamlara qısqanclığı məsləhət görmürəm. Zaman olduqca nazikdir. O, hər kəsdən incəlik və həssaslıq tələb edir. Doğrudan da, dünyada namus kəlməsi qiymətli bir şeydirsə, qalib olmaq üçün onda da güzəştə getmək lazımdır. Hökmdar olan zat xalqın ruhunu öyrənməlidir
  • Akram Alishovmembuat kutipan2 tahun yang lalu
    Lakin Toğrul və Alp Arslan yazılan şeirlərin türkcə yazılmasına müvəffəq oldular. Xüsusən, Azərbaycanda keçirilən İran dilinin tamamilə məhv edilməsinə nail oldular. Alp Arslan başqa hökmdarlar kimi özü üçün fars və ərəb ünvanlarını və ləqəbləri taxmaq istəmədi. Özü daima türkcə danışıb, türkcə də yazırdı («Siyasətnamə», Toğrul və Alp Arslan dövrünə aid hissə).
  • Akram Alishovmembuat kutipan2 tahun yang lalu
    Mən özüm də müsəlmanam, hətta həqiqi müsəlmanam, lakin bunu deməliyəm ki, ərəblər bizə yalnız din gətirdilər, mədəniyyət gətirmədilər. İran mədəniyyəti məsələsinə gəldikdə, onlar da hənuz Midiya mədəniyyətinin irsilə yaşamaqdadırlar.
fb2epub
Seret dan letakkan file Anda (maksimal 5 sekaligus)