Məlumatın həcmi həddən artıq çoxdur. İnformasiyanı heç olmasa yadda qalan şəkildə dərk etmək üçün hissə hissə oxumağı tövsiyyə edirəm. Mənimkimi acgözlüklə həzm etməyi yox. Əgər markerlə kitab oxumağı sevirsinizsə, kitabin bütün səhifələrini rəngləyəcəyinizə əminəm. Kitab müəllifin yeni aldığı evə ekskursiyasıdır. Bizə hər otaq barədə, əzəldən hər şeyin necə formalaşması barədə geniş izah verir. Kitab çardaqdan başlasa da bura yer verilməməyini anlamadım. Ümumilikdə uzun, lakin (mövzu sizin maraq dairənizə uyğundursa) oxumağa dəyər kitabdır.